Stoltenberq Rusiya ilə dialoqa çağırdı - Soyuq müharibədən qaçmaq üçün
Təcavüz halında cavab tədbirlərinin saxlanması şərtilə, Rusiya ilə qarşılıqlı fəaliyyətin ən yaxşı üsulu dialoqdur. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın GİGA institutunda keçirilən videokonfransda bəyan edib.
Onun sözlərinə görə, ən mühümü odur ki, yeni silahlanma yarışından və soyuq müharibədən qaça biləsən. Belə ki, NATO ölkələri gərginliyin azaldılmasında maraqlıdırlar.
Stoltenberq bildirib ki, «Rusiya ilə danışmaqdan qorxmağa dəyməz», çünki o, alyans ölkələrinin bir çoxu ilə qonşudur.
Bu zaman Baş katib bəyan edib ki, əgər Rusiya öz davranışını dəyişərsə, NATO bunu cavabsız qoymayacaq.
«Əgər o, bizimlə qarşıdurmaya getsə, əlbəttə, biz də cavab verməyə hazır olacağıq. Əgər o, əməkdaşlıq etməyə və davranışını dəyişməyə hazır olsa, biz də buna hazır olacağıq» - Stoltenberq qeyd edib.
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.