"Maşınlarımı satıb işçilərin maaşını ödədim" - Emin Ağalarov

"Crocus Group" ticarət mərkəzinin sahibi və şirkətin qurucu prezidenti Araz Ağalarovun aprel ayında batan gəmi ilə müqayisə etdiyi şirkətinin işi hələ də çətin vəziyyətdədir.

Virtualaz.org bildirir ki, bunu "RBC"ya milyarderin oğlu və şirkətin birinci vitse-prezidenti Emin Ağalarov açıqlayıb.

“Gəmi sərhəd vəziyyətində qalıb. Daha bir neçə deşik açılsa - o batacaq. Ancaq nəsə düzəldə bilsək, bəlkə də, ola bilər ki, üzə bilək", - deyə Ağalarov nəşrə bildirib.

O qeyd edib ki, bu günə qədər "Crocus Group"un aktivlərinin təxminən yarısı fəaliyyət göstərir və onun sərgi mərkəzində koronavirus xəstələri üçün bir xəstəxana fəaliyyət göstərir.

“Biz rüsumlarımızın 90% -ni itirdik və xərc komponenti çox azalmadı. Aylarla gündən günə itkilərimiz olur və açılışdan sonra azalacağını söyləyə bilmərəm, çünki ticarət mərkəzlərimizin ərazisindəki icarədarlar icarə haqqını da ödəyə bilmirlər", - iş adamı əlavə edib.

Onun sözlərinə görə, iqtisadiyyat "hər şey açılandan" sonra ən azı altı aydan bir ilədək pandemiyanın yaratdığı böhranın təsirini hiss edəcək. E. Ağalarov hazırkı böhranda maaşları ödəmək üçün qarajından üç maşın satıb. Lakin 15 min işçinin maaşını ödəmək üçün kredit götürməli olub: "Son maşınları satsam da, işçilərin 10 faizinin maaşını ödəyə bilmərəm".

635x100

Şərhlər

t.ədalət 2020-07-01 12:01:19

İşçilərinin maaşını hansı yolla ödəməsinin xalqa nə dəxli var?

Son yazılar