Həmsədrlər XİN başçılarının görüşü ilə bağlı bəyanat yaydı

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın videokonfrans formatında ötən gün keçirilən görüşü ilə bağlı bəyanat yayıblar.

Bu barədə "Report" ATƏT-ə istinadən xəbər verir.

Həmsədrlər sülh və danışıqlar predmeti üçün əlverişli şəraitə imkan yaradılması və mühitin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar.

Onlar yerlərdəki nisbi sabitliyi müsbət qiymətləndiriblər və tərəflərin eskalasiyadan qaçması üçün birbaşa əlaqə kanallarından istifadəsinin davam etdirmələrinə məmnunluqlarını ifadə ediblər.

Bununla birlikdə, 9 mart 2019-cu il tarixli bəyanatlarına əsaslanan həmsədrlər narahatlıqla qeyd ediblər ki, son təxribatçı ifadələr nizamlama prosesinə xələl gətirə bilər.

Həmsədrlər münaqişənin hərb yolu ilə həllinin mövcud olmadığını vurğulayıblar. Onlar israrla tərəfləri atəşkəs rejiminin möhkəmlənməsinə və əhalinin sülhə hazırlamaq üçün əlavə addımların atılmasına təşəbbüs etməyə çağırıblar.

Həmsədrlər və Xarici işlər nazirləri iyulda birlikdə daha bir videokonfransı keçirməyi və mümkün qədər tez görüşməyi razılaşdırıblar.

635x100

Şərhlər

Kamil 2020-07-01 12:23:55

Bps sohbet

Xalq 2020-07-01 12:20:08

"qəşəng"

Mahir Əliyev 2020-07-01 09:23:32

Kef eləyək,gələn ay yenə görüşəcəklər.Heç əvvəlki dəfələrlə olan görüşlərdən bir cümlə də olsun kənara çıxmayıblar.

Son yazılar