13 mindən çox çətənə kolu aşkarlanaraq məhv edilib

Daxili işlər orqanlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Lerik Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində 17 hektar sahədə yabanı halda bitmiş 3,3 tona yaxın çəkisi olan 13 min 72 çətənə kolu müəyyənləşdirilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Cəyirli kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 280 kiloqram olan 230 çətənə kolu aşkarlanıb.

Çətənə kolları yandırılaraq məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar