Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb.

Bu barədə "Report" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla xəbər verir.

Bildirilir ki, ölkədə COVID-19-la bağlı aparılan testlərin ümumi sayı 488 852-yə çatıb.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 202 nəfər müalicə edilir. Süni tənəffüs cihazında olan xəstələrin sayı 45 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

635x100

Şərhlər

Shushali 2020-07-02 02:33:10

Yaxshi ki, Fexreddin Goca var, onun slaydinin oldugu kimi goturubler, chunki, ozlerinde qabiliyyet deyilen bir shey yoxdur. Bunlara deyerler epidemiyanin caga mutexesisleri. Nece deyerler kor atin kor nalbendi olar. Yagut Abdulayeva goren bilen varsa ne peshenin sahibi oldugunu yazsin bizde bile ki, bu kimdir

Son yazılar