Misir beynəlxalq uçuşları bərpa etdi

Misir hökuməti iyulun 1-dən beynəlxalq təyyarə uçuşlarını bərpa edərək daha əvvəl koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində bir sıra gəzməli yerləri turistlərin üzünə açıb.

TASS xəbər verir ki, ölkənin mülki aviasiya naziri Məhəmməd Manar Qahirə Beynəlxalq Hava Limanını təftiş edib.

Nazirliyin verdiyi məlumata görə, hava limanının müxtəlif nöqtələrində qurulan 40 qurğu gələnlərin hərarətini ölçür. Həmçinin bütün ərazi boyu dezinfeksiya tədbirləri görülür.

Bu gündən “EgyptAir” şirkəti də 29 beynəlxalq xətdə, o cümlədən Avropaya 17, Afrikaya 4, Yaxın Şərqə 4, Şimali Amerikaya 3, Çinə 1 istiqamətdə uçuşlara mərhələli şəkildə başlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar