Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, iyulun 1-də qızılın qiyməti iyunun 30-u ilə müqayisədə 20,91 manat (0,69 faiz) artaraq 1 unsiya üçün 3 032,103 manat təşkil edib.

Gümüş 0,6209 manat (2 faiz) bahalaşaraq 1 unsiya üçün 30,9891 manata bərabər olub.

Platinin qiyməti 19,49 manat (1,4 faiz) artaraq 1 413,465 manat, palladiumun qiyməti 23,324 manat (0,7 faiz) artaraq 3 286,287 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 70,601 manat (2,4 faiz) bahalaşıb, gümüş 0,1029 manat (0,3 faiz) ucuzlaşıb, platin 23,86 manat (1,7 faiz) ucuzlaşıb, palladium 52,972 manat (1,6 faiz) ucuzlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar