Goranboy ərazisində ilk dəfə lavanda əkilib - VİDEO

Lavandanın çiçəyindən və gövdəsindən alınan yağın bir qramı dünya bazarında 150 avroya təklif edilir.

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstutunun nəzdində fəaliyyət göstərən arıçılıq mərkəzində qiymətli lavanda bitkisindən üç hektar əkilib. Xüsusi qulluq göstərilən lavanda hazırda çiçəklənmə dövründədir.

Mərkəzdə becərilən bitkidən arılar bol nektar götürür. Bundan sonrakı mərhələdə isə lavanda sahədən əl əməyi ilə toplanaraq qurudulur. Bahalı bitkinin qurusu qablaşdırlır, həmçinin ondan su və yağ hazırlanır.

Goranboyda ilk dəfə becərilən lavanda bitkisinin gələcəkdə daha geniş ərazidə yetişdirilməsi planlaşdırlır. Həmçinin, bitkidən alınan lavanda suyu və yağının satışının da genişləndirilməsi nəzərdə tutulur.

635x100

Şərhlər

Alim 2020-07-02 10:46:27

Belede bitkimi ekiler, aralari tamami ile alaq otudur, bari reklaminizi ele edin ki, effektif olsun. Lavandira giymetli derman ve etir bitkisidir. Azerbaycanin bezi aran zonalarinda ondan istifade etmeklazimdir. Bitkinin gerek agrotexniki xususiyyetleri oyrenilsinki, ondan lazim olan mehsul elde edile bilsin. Fransada bu bitki daha chox ekilir, ozude mence torpaga eletelabkar deyil.

Son yazılar