Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,5 milyard dollara yaxınlaşıb

Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 436,3 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 21,9 milyon dollar və yaxud 0,3% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 178,3 milyon dollar və yaxud 28,5%, son 1 ildə isə 496,9 milyon dollar və yaxud 8,4% artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar