“Rusiya Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər” – Qubad İbadoğlu

Rusiyada federal səviyyədə konstitusiya dəyişiklərinə gətirib çıxaran referendum keçirilib. MSK-nın açıqladığı son məlumata görə, referendumda iştirak edənlərin 78 faizi 206 düzəlişlə konstitusiyanın 46 maddəsində dəyişikliyin lehinə səs verib.

Bu dəyişikliklər arasında ən çox diqqəti çəkən bundan sonra hazırkı prezidentin hər dəfə 6 il olmaqla 12 il üçün yenidən seçilə bilməsinə yol açan dəyişiklikdir. Bu isə o deməkdir, prezidentliyinin müddəti 2024-cü ildə bitən, 20 ildir ki, hakimiyyətdə olan Putin 2024-cü ildən başlayaraq daha 2 dəfə seçilmək hüququna malik olacaq və beləliklə nəzəri olaraq onun hakimiyyəti 2036-cı ilə qədər davam edə bilər.

Tanınmış iqtisadçı Qubad İbadoğlu yeni konstitusiyanın Rusiyada hakimiyyət bölgüsünü necə müəyyənləşdirdiyini təhlil edib: “Bundan sonra Putin Dövlət Dumasının təsdiqini almış baş nazir müavinləri və nazirləri təyin etməkdən imtina etmək hüququna malik olmayacaq. Ümumiyyətlə, hökumətin formalaşması üçün məsuliyyət əsasən Federal Məclisə veriləcək. Nazirlərin namizədliyi də Dövlət Duması tərəfindən təsdiqlənəcək. Hüquq-mühafizə orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbərləri təyin olunduqda prezident Federasiya Şurası ilə məsləhətləşməli olacaq. Lakin prezidentin nazirlər kabinetinin bütün üzvləri kimi, baz naziri də vəzifədən azad etmək hüququ özündə saxlanılır.

Yeni dəyişikliyə görə, baş nazir tərəfindən təklif olunan müavinləri və federal nazirləri üç dəfə rədd etdiyi halda Dövlət Duması buraxıla bilər”.

Federasiya Şurasının səlahiyyətinə gəlincə, ekspert bildirib ki, ona prezidentin təklifi ilə Konstitusiya və Ali Məhkəmələrin sədrlərinin, onların müavinlərinin və hakimlərin təyin edilməsi daxildir. Həmçinin, prezident Federasiya Şurası ilə Rusiya Baş prokuroru və onun müavinləri, Rusiya Federasiyasının subyektlərinin prokurorlarının təyin edilməsi ilə bağlı məsləhətləşməli olacaq.

Qubad İbadoğlu hesab edir ki, bu dəyişikliklər heç şübhəsiz ki, post-sovet düşərgəsinə yaxşı örnək verməyəcək. Lakin bundan da böyük təhlükə Azərbaycanın torpaqlarının itirməsi ola bilər: “Belə ki, prezident Putin konstitusiya islahatlarının tərkib hissəsi olan dövlət suverenliyini qorumaq üçün düzəlişlərin müəllifidir. Bu dəyişikliklər çərçivəsində qonşu dövlətlərlə delimitasiya, demarkasiya, yenidən demarkasiya çərçivəsində Rusiyanın sərhədlərinə yenidən baxılması nəzərdə tutulub. Rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsi Çin, Norveç və Azərbaycana verilib. Belə çıxır ki, Rusiya bundan sonra həmin əraziləri geri götürəcək, belə olan halda Rusiya Federasiyası tərəfindən Azərbaycana qarşı da ərazi iddiasının irəli sürülməsi gözlənilir”.

İqtisadçı vurğulayıb ki, ətrafda və daxildə gedən proseslər və baş verən hadisələr belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid və təhlükələr mövcuddur: “Son seçkilərdən sonra Milli Məclisdə üstünlüyünü böyük hesabla təmin edən Rusiya hakimiyyətinin bundan sonra Azərbaycana təzyiqləri daha da artacaq. Artıq hakimiyyətin digər qollarının yüksək vəzifəli şəxsləri Kremlə daha yaxın olmaq üçün öz aralarında mübarizəyə başlayıblar. Odur ki, təklif edirəm ki, ilk növbədə ölkə rəhbərliyi xalqla və ictimai-siyasi təşkilatlarla açıq və səmimi danışıqlara başlasın.

İkincisi, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə ictmai-siyasi təşkilatların həmrəylik koalisiyası qurulmalıdır.

Üçüncüsü, Milli Məclis Azərbaycanın ərazisinin bir hissəsini özgəninkiləşdirməyə yönəlmiş çağırışların və hərəkətlərin qadağan olunması və yolverilməzliyinə dair bəyanatla çıxış etməlidir. Vaxtında hərəkətə başlamasaq, sonra gec olacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

musa 2020-07-02 18:14:03

bu rus ...r ermani ilə bir sortdur ancaq kimdan nə oqurrasin nə qoparsin

musa 2020-07-02 18:11:15

hansi ərazilardan söhbat gedir ? biz bildiyimz qadar bizim ərazilar onlardadir.

Ağayev Ağahüseyn 2020-07-02 18:00:50

Bu da bizə bir TƏLƏ.

t.ədalət 2020-07-02 14:21:37

Qubad müəllim,Rusiya Azərbaycanı öz əsarətindən çıxarıb ki,hələ bir ərazi iddiasında bulunsun?

Mösüm 2020-07-02 12:15:37

sənin işin oğru yadına daş salmaqdır

Son yazılar