Gömrükçülər qanunsuz xarici valyuta keçirilməsinin qarşısını alıblar

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. Bu barədə DGK xəbər verib.

İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

t.ədalət 2020-07-02 13:42:25

Əhalini şəxsi pulları ilə təhdid etmək doğru deyildir.Necə olur ki,hakimiyyət məmurları milyardları istədiyi yerə aparıb-gətirə bilir.Necə ki Elmar Məmmədyarov milyonları Amerikaya daşıyıb erməni gəlininə mənzillər alır.

Son yazılar