“Bu alçaqlardan əl çəkməyəcəyik!” – Ərdoğandan qəzəbli reaksiya

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan “Twitter”də qızı və nəvələri ilə bağlı təhqirlərə yol verilməsindən narazılığını bildirib.

“AzPolitika.info” Türkiyə mediasına istinadən xəbər verir ki, çərşənbə günü Ədalət və İnkişaf Partiyasının bölgə başçılarının video konfransında iştirak edən Prezident Ərdoğan bildirib ki, bu cür media bu ölkəyə uyğun deyil.

Türkiyə Prezidenti bu məsələnin ən qısa müddətdə parlamentdə qaldırılacağını bəyan edib. O, ölkədə təhqirləri yayımlayan sosial medianın qadağan olunmasını istəyib. Bu kimi sosial media kanallarının tamamilə bağlana biləcəyini deyib.

Ərdoğan sosial mediada qızı Esra Albayrak və kürəkəni, həm də ölkənin xəzinə və maliyyə naziri Berat Albayrakın yeni doğulmuş körpələri ilə əlaqədar gələn mesajlara toxunub.

"Dünən gecə mənim 8-ci nəvəm Həmzə Saleh dünyaya gəldi. Berat bəy uşağının dünyaya gəlməsi sevincini sosial mediada paylaşdı. On minlərlə insan bu mesajla bağlı təbrik mesajları yazdı. Ancaq sayca az da olsa, əxlaq, şərəf, ləyaqətdən məhrum, insanlıqdan payını almamış, qəlbi qara insanlar içlərindəki pisliyi göstərən təhqirlərlə bu vəziyyəti çirkləndirməyə çalışdılar. Hüquq-mühafiəz orqanları artıq bu işlə məşğuldurlar və bu şəxsləri müəyyənləşdirib, müvafiq tədbirləri görməyə başlayıblar.

Bir uşaq üzərindən onun ailəsinə və dolayısı ilə bu ailənin dəyərlərini təhqir edən bu alçaqlardan əl çəkməyəcəyik. Onların hamısı törətdikləri cinayətə görə cavab verməli olacaqlar," - Prezident Ərdoğan deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar