Prezident cərimələri təsdiqlədi - Sərəncam

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunurdu.

635x100

Şərhlər

t.ədalətə 2020-07-02 15:32:53

Cərimə pulları büdcəyə daxilolmayaraq müəyyən faizlərlə Preident Aparatı işçilərinə.DİN və DYP işçilərinə maaşa əlavə olaraq verildiyi bəllidir.Belə halda 250 manat orta əmək haqqı,son 1-3 ayda 190 manat müavinət verdiyiniz vətəndaşı bir dəfəyə100 manat cərimələmək hansı məntiqə sığır? Bunu bu təklifiverənlər,Təklifi Millətin vəkili hesab olunan deputatlar hansı ağılla təsdiqləyiblər?y14

Şikar 2020-07-02 14:52:50

Cənab Prezident belə qərarları verəndə kasıb təbəqəni fikirləşmək lazımdır. Ehtiyac içində olan insan harasa çıxır. Tutub ona 200-500 cərimə yazmaq nə qədər ədalətli qərardır? Varlı məmurlara onsuz da cərimə yazmırlar. Onlara həmişə yaşıl işıqdır

t.ədalət 2020-07-02 13:39:33

Cərimələr hakimiyyətin yarıtmaz iqtiusadi siyasətini ört-basdır etmək üçündür.Adamların şıltaqlığını nəzərə alıb büdcəni cərimələrlə doldurmaq istəyənlər yanılacaq.Əhali dövlətin siyasətinin nəyə hersablandığını görüb rejimin anormal tələblərinə tabe olacaq.Ancaq ölüm sayı ikiqat artacaq.

Son yazılar