Polisə dəstək aksiyası keçirilib – İctimai birlik DİN əməkdaşlarını mükafatlandırıb (Foto)

Bu gün “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə 2 İyul - “Polis günü” münasibətilə aksiya keçirilib.

Tədbirdə yol polisi ilə yanaşı karantin postlarında xidmət edən Post Patrul Xidməti, o cümlədən Daxili Qoşunların əməkdaşları "Təşəkkürnamə" ilə təltif olunublar.

Bu barədə məlumat verən İctimai Birliyin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, aksiyanın geniş şəkildə qeyd olunması pandemiya dövründə polisin fəaliyyətinə ictimai dəstəyin ifadə olunması ilə bağlıdır: “Karantin postlarında, küçə və prospektlərdə xidmət aparan polislər diqqətə layiqdir və onların əməyi simvolik mükafatla da olsa qiymətləndirilməlidir. Bu da ictimaiyyətin fəal nümayəndləri qarşında duran məsələlərdən biridir. 1-2 iyul tarixlərini əhatə edən aksiya müddətində Bakının giriş və çıxış nöqtələrində qurulmuş 3 karantin postunda, paytaxtın müxtəlif rayonlarında, eləcə də Sumqayıt şəhərində, həmçinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin xidməti ərazisində xidmət aparan yol patrul və post patrul xidməti əmdaşlarının, eləcə də Daxili Qoşunların hərbi qulluqçularının "Təşəkkürnamə" ilə təltif edilməsi həyata keçirilib”.

AzPolitika.info


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar