BMT TŞ koronavirus üzrə qətnamə qəbul edib - Bütün münaqişələrdə atəş dayandırılır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası (TŞ) koronavirus pandemiyası ilə əlaqədar olaraq, bütün münaqişələrdə atəşin dayandırılması barədə qətnamə qəbul edib.

Xəbər verildiyi kimi, beynəlxalq təşkilat 90 gündən az olmayan müddətdə «atəşin ləngimədən dayandırılmasına» çağırış edib. BMT-nin terrorçularla mübarizəsi istisna olunur.

TŞ-da qeyd ediblər ki, zorakılıq virusun yayılması üzrə vəziyyəti mürəkkəbləşdirir və dünyada humanitar şəraiti pisləşdirir.

Bu zaman Amerika Birləşmiş Ştatları israr edib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədəki rolunun xatırladılması sənəddən çıxarılsın və eyni zamanda koronavirusun mənbə ölkəsi xatırladılmasın.

Birləşmiş Ştatların sonuncu təklifi koronavirus pademiyasının mənbə ölkəsi və ümumiyyətlə, COVİD-19 virusunun meydana çıxması barədə məniqi şübhələrə yol açır.

AzPolitika.info

635x100

Şərhlər

Küllü Gözlər 2020-07-02 17:18:57

Atəşkəsi Covid-19a elan etmək gərəkdir!

Son yazılar