"BAŞ EPİDEMİOLOQ DƏFN MƏRASİMİNDƏ OLUB, ONA GÖRƏ..." - Tibb Universitetindən açıqlama

Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb.

Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Report"a bildirib ki, karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır:

“O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir.

Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur. Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.

Xat;rladaq ki, Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyaraq, hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib: “Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

635x100

Şərhlər

t.ədalət 2020-07-03 10:23:25

Baş epidemioloq karantin rejiminin gərək olub-olmamasının sirrini açdı.

Mehdi 2020-07-02 23:46:46

Hansi aile uzvu ölub.Utanmir hele bir yalanin formasina baxin.Danisanda dili duz oturmurdu.Cunki yalandan qurasdirib bir yana cixarda bilmedi.i.

Seyid Ənhu 2020-07-02 22:35:48

ALLAH bilir bu adama bizim ağzımızdan kəsib ayda neçə kilo pul verirlər? Bisavad Mətbuat katibi də jurnalisti hədələyir. Hələ bilmir ki,ictimaiyyəti maraqlandıran sualın cavabı şəxsi səs yazısı deyil. Müxbiri hədələyir. sualın cavabı

Vətəndaş 2020-07-02 22:19:57

Onun pulu çoxdur harınlıqda emosional danışır icazəsiz də rayona gedir.

Adil 2020-07-02 22:04:21

Onsuzda onun sôzne qulaq asan yoxdu !))) Esas Tebib imiz var , professor odu)Bash bilenimizdi !

X 2020-07-02 21:57:33

Oqtay Sireliyevi axtarmaga gedib

Son yazılar