“Kürün Xəzərə tökülən hissəsinə bənd vurulmalıdır” - Qüdrət Həsənquliyev

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev su qıtlığının aradan qaldırması üçün hansı addımların atılmasının zəruri olduğu barədə sualı cavablandırıb.

Partiya sədri qeyd edib ki, ilk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır: "Bundan başqa, təcili Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir. Kürün də suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir. Tələb qısa bir müddətdə yerinə yetirilməzsə Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Bir də özümüzdən asılı olanı etməklə yanaşı, Allaha dua etməliyik ki, bizi su ilə sınağa çəkməsin, bol yağışlar yağsın".

635x100

Şərhlər

Əli 2020-07-03 11:56:22

Çox yaxşı təkliflərdir. Məncə bura Bakı kəndlərində qrunt sularının təmizlənməsi və kanalizasiya qurğularının qurulması da daxil olmalıdır.

t.ədalət 2020-07-03 10:21:43

Kürün mənsəbinə bənd vurmaq yox,Azərbaycanın su problemini idarə edən Ə.Əhmədzadəni pensiyaya yola salmaq lazımdır.

Said 2020-07-03 08:55:10

Müəllim, dua səs dalğaları ilə icra olunur. Səs dalğaları isə heç nəyin əmələ gəlməsinə, torpaqların azad olunmasına səbəb ola bbilməz. Bütün günü televiziyada bu duaları eşidirik, ancaq bir qarış torpağımız azad edilmir. Torpaqları azad etmək üçün qan tökmək lazımdır. Bənd məsələsinə gəlincə, ekoloji cəhətdən yararsız ideyadır.

Son yazılar