Bayden Trampdan daha populyardır - SORĞU

Amerika prezidenti Donald Trampın populyarlığı, 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərində əsas rəqibi, ABŞ-ın sabiq vitse-prezidenti Co Baydendən aşağıdır.

“Report” xəbər verir ki, bu barədə məlumat “Monmut” universitetinin keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Seçkilər indi keçirilsəydi səsvermə üçün qeydiyyatdan keçən amerikalıların 53 faizi Co Baydeni, 41 faizi isə ABŞ-ın hazırkı prezidenti Donald Trampı dəstəkləyərdi.

ABŞ-ın hazırkı prezidenti respublikaçıları dəstəkləyən amerikalıların 91 faizinin, Co Bayden isə demokratlara rəğbət bəsləyən vətəndaşların 90 faizinin dəstəyinə malikdir.

Qeyd edək ki, ABŞ-da prezident birbaşa seçkilər yolu ilə deyil, seçənlər kollegiyasının səsverməsi ilə müəyyən olunur. Belə sistemdə rəqibinə nisbətən az seçicinin səsini qazanan namizəd də qalib gələ bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar