Daha bir jurnalist koronavirusa yoluxub

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub.

Bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, hazırda xəstəxanada olduğunu bildirib: "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".

Qeyd edək ki, A.Nəsirova həm də "ARB24" televiziyasının baş redaktor müavinidir.

635x100

Şərhlər

Əli 2020-07-03 16:54:02

Allah şəfa versin!

Son yazılar