Azərbaycanda qalan Gürcüstan vətəndaşları geri dönmək istəyir - Hökumətə müraciət edildi

"Biz hər il qış aylarında övladlarımıza, qohumlarımıza baş çəkmək üçün Azərbaycana gəlir, yazada geri dönürdük. Amma bu il qayıda bilmədik, koronavirusa görə sərhədlər bağlanıb, səfirliyə etdiyimiz müraciətlər isə nəticəsiz qalıb".

Bunu "AzPolitika.info" saytına Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının bir qrupu bildirib.

Müraciətdə qeyd olunur ki, uzun müddət Azərbaycanda qaldıqlarına görə Gürcüstandakı təsərrüfatları məhv olub.

"Biz dəfələrlə səfirliyə müraciət edib geri dönmək üçün kömək istəmişik. Amma mümkün olmadığı deyilib. Sizin saytınız vasitəsi ilə Gürcüstan hökumətinə müraciət edirik. Başqa ölkələrdə qalan vətəndaşların qaytarılması üçün zəruri tədbirlər görülür. Amma bizim müraciətlərimizə laqeyid yanaşılır. Hökumətdən xahiş edirik ki, bizim düşdüyümüz çətin vəziyyətə anlayışla yanaşsınlar"-deyə müraciətdə qeyd olunur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar