Qubaya istirahət etməyə gedən şəxslər cərimələndi

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gedən şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək Quba rayonuna istirahət üçün gedənlər də olub.

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

635x100

Şərhlər

Qaxlı 2020-07-03 19:06:41

BƏS QAXA GƏLƏN İNSANLARI NİYƏ BURAXIRLAR.QAXDA VİRUSA YOLUXAN AZ İDİ 10 GÜN OLAR EŞİDİRİK YOLUXANLARIN SAYI ARTIB.AY İNSANLAR ORİRUN EVİNİZDƏ BİR İL İSTİRAHƏTƏ GETMƏSƏZ ÖLMƏZSİZ.

Son yazılar