“ALQIŞI ŞANTAJ ELƏDİLƏR...” - Siyavuş Novruzov "Yeni Azərbaycan"-nın rəhbərini niyə "vurdu"?

“İndiyə kimi “Yeni Azərbaycan” qəzetinə Alqış kimi (Alqış Həsənoğlu) baş redaktor gəlməyib. Onun təfəkkürü, düşüncə tərzi sonrakı redaktorlarda olmadı. Mən açıq deyirəm. Heç kimdən çəkinəcəyim yoxdur. Heç kim məndən inciyə bilməz, çünki həqiqəti deyirəm. Alqış diqqətə layiq adamdır, amma şantaj elədilər, kompüterinə daxil olub, oyun qurdular. Hamısını yaxşı tanıyıram”.

"AzPolitika.info" xəbər verir ki, bunları unikal.org-a müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Xatırladaq ki, YAP-ın rəsmi orqanı olan "Yeni Azərbaycan" qəzetinə 2008-ci ildən deputat Hikmət Babaoğlu rəhbərlik edir. O, baş redaktor postunda Alqış Həsənoğlunu əvəz edib. Siyavuş Novruzov "“Yeni Azərbaycan” qəzetinə Alqış kimi baş redaktor gəlməyib" deməklə Hikmət Babaoğlunun fəaliyyətindən narazı olduğunu açıq mətnlə ifadə edib.

A.Həsənoğlu baş redaktorluqdan kənarlaşdırıldıqdan sonra mətbuata bu qərarın Prezident Administrasiyasında (PA) verildiyini etiraf edib. O, bildirib ki, qəzetdə bəzi məmurların fəaliyyəti haqqında tənqidi materialların çap olunması PA rəhbərliyini məmnun etməyib. 

S. Novruzovun partiyanın rəsmi orqanından narazı qalmasına kifayət qədər əsasları var. YAP-ın rəsmi orqanı olan "Yeni Azərbaycan" qəzeti əsasən abunə yolu ilə yayılır. Dövlət təşkilatlarının əksəriyyəti bu qəzetə məcburi abunə edilib. Qəzet məhdud tirajla köşklərə verilsə də, satışı demək olar, mövcud deyil. Habelə qəzetin internet saytı da oxunaqlı internet resursları sırasında birinci yüzlükdə gözə dəymir.

"Yeni "Azərbaycan" qəzeti illik 9 milyon manatdan artıq büdcəsi olan hakim partiyanın yeganə rəsmi orqanıdır. Lakin təsisçisinin bu qədər geniş maliyyə imkanlarına baxmayaraq, qəzet hər ay Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan (KİVDF) 20 min manat yardım alır. Narazılıq doğuran bu hal KİVDF-nin əsasnaməsinə zidd olsa da, 10 ildən artıqdır davam edir...

Maraqlı paradoks ondan ibarətdir ki, 740 min üzvü, milyonlarla manat büdcəsi olan partiyanın qəzetinin ictimai fikrə təsir imkanları yoxdur. Qəzet və onun saytı YAP üzvləri üçün də maraqsızdır, əks təqdirdə onun satış tirajı və internetdə reytinqi indiki səviyyədə olmazdı...

Elçin

"AzPolitika.info"

635x100

Şərhlər

Musa 2020-07-03 23:07:40

Bele qazete her ay 20 min manat xalgin pulunu neye gore verirsiniz, bari inden sonra legv edin bu qaragurhun orqanini, ayibdir axi, bu redaktorun hec ali tehsili yoxdur, chox maraqlidir bu gezetin redaktorlari hemishe ermenistanli olur, axi YAP ermenistanlilarin partiyasi deyil, onun cergelerinde 700 minden chox uzvi var deyirsiniz.

Shushali 2020-07-03 19:56:36

Kulu quyum sizin bashiniza bari bu gezeti ve taxdabashi redd edin camahat o ...sifeti gormesin.

Bayram 2020-07-03 19:04:32

Bu qəzetdə insanları; maraqlandıran məlumatların olmaması tazıldığından maraq darəsində deyil.Bu qəzetə belə münaxibət həm də YAP üzvlərinin tüğyan edən qanun pozuntuları.rüşvət aludəliyi və korrupsiyaya qurşanmalarıdır.Bu son vaxtlar nazirlərin,İcra başçılarının və digərlərinin yaramaz əməlləri ilə təsdiqıənir.my

Xalq 2020-07-03 18:11:53

zorla niyə satmırlar yap-n üzvlərinə?

Son yazılar