"Aktiv xəstələrdən 59 nəfər süni tənəffüs cihazına qoşuludur" - TƏBİB sədri

“Hazırda aktiv xəstələrdən 59 nəfər süni tənəffüz cihazına qoşulu vəziyyətədədir. 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Azərbaycanda ölüm halları 2 faizin altındadır: “Karantin rejimi tətbiq etməsəydik say 3-5 qat artıq olardı. Say sabit saxlanılsa da, bu yetərli deyil və xəstəxanaların yükü artır”.

635x100

Şərhlər

Səbuhi 2020-07-03 17:32:14

Bu gün çox çətin günlər yaşayırıq. Hər bir vətəndaşdan tibbi maskalardan istifadə etməyi, gigiyena qaydalarına riayət etməyi və ara məsafəsi saxlamağı çox çox xahiş edirəm. Hər bir vətəndaşdan AYRI AYRILIQDA xahiş edirəm. Gəlin HƏMRƏYLİK edək. Lazım olmayanda evdən çıxmayaq. Bu xəstəlik çox can ala bilər. Hər bir kəs öz ailəsinə nəzarət edib digər ailələrə nümunə ola bilər.

Son yazılar