DAHA 583 NƏFƏRƏ KORONAVİRUSA YOLUXDU - 7 nəfər vəfat etdi

Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirusa yoluxan, sağalan və ölənlərin sayı məlum olub.

Ramin Bayramlının sözlərinə görə, Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 19 267 nəfər yoluxub: "Onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bu gün 7 137 test aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 502 965 test aparılıb.

635x100

Şərhlər

Shushali 2020-07-03 22:05:15

bunlarin testlerinin kim aparir, hansi reagentlerden istifade olunur. bilinmir. Bu testleri yerine yetirmek uchun yuksek ixtisasli mutexesislere ehtiyac var, onlarda azerbaycanda yoxdur, ve yaxud bilenleride yaxina buraxmirlar. Gorun Ramil Bayramli ve o yalanci laboratotiyalarin sahibleri milyonlari indi ciblerine doldurur. Qazan-qazan dovru yashayirlar. Bunlarin ishleri veba vaxti pir kecirenlerin shekiline oxshayir

Son yazılar