Azərbaycanda bir yasda 84 nəfər koronavirusa yoluxub

“Ümumi testlərin içərisində müsbət göstəricilərin sayı 11 faizdir. Bu da onu deməyə əsas verir ki, ya karantin qaydaları daha da sərtləşməli, ya da adi həyat tərzinə çevirməklə yaşamalıyıq”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlı bildirib ki, son həftələr ərzində daha gənc yaşlarda ölüm halları qeydə alınır: “Hətta yanaşı xəstəliyi olmayanlarda da letal sonluq baş verir. Bu da o deməkdir ki, COVID-19-un yeni klinik əlamətləri meydana çıxır. Ölkədə qadınlar arasında yoluxma göstəricisi 54% təşkil edir. Bu da yas yerlərində kütləvi toplaşma halı ilə əlaqədardır. Elə yas yeri var ki, orada 84 nəfərin nəticəsi pozitiv çıxıb”.

635x100

Şərhlər

Ey GÜClər, qarşısını alın 2020-07-04 10:42:13

Virusu qarşısı alınmaz nüvə-sızma, günəş, ultra qısa dalğalar sürətləndirir!

Mühəndis vətəndaş 2020-07-03 23:29:48

Ay Alimlər, Baş Epidomoloq, bu nə XASSƏli virusdur ki, bir atışda 84 insanı vurur?

Son yazılar