“RAMİZ KASIBIN BİRİ İDİ, SONRADAN ACGÖZLƏŞDİ...” – “4 hektarlıq villasının açılışına vertolyotla getmişdi...”

"Elyanora Petrosova var idi, təbliğat şöbəsində işləyirdi, Ramiz Mehdiyevi o tapıb gətirmişdi..."

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov unikal.org saytına müsahibəsində sabiq səhiyyə naziri Əli İnsanov barədə bəzi faktlar açıqlayıb. 

Öncəliklə deputat YAP-dan sabiq nazirin Haqq Ədalət Partiyasına üz tutanların olduğu barədə deyilənləri təkzib edib: “Elə bir şey yoxdur. Beyləqan rayon təşkilatının sədri vardı, biz onu hələ 15 il bundan qabaq uzaqlaşdırmışdıq. Bir odur, bir də Nəsimi rayon təşkilatından bir-iki nəfər. Onlardan başqa YAP-dan onun yanında heç bir şəxs yoxdur”.

Daha sonra S.Novruzov Ə.İnsanovun bir zamanlar hakim partiyanın sütunlarından biri olduğu barədə dediklərinə münasibət bildirib:Qəti şəkildə elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Allahverdiyev, Hacıbala Abutalıbov, Asya Manafova - bunların qarşısında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da”.

Müsahibənin sonunda S.Novruzov Ə.İnsanovun nazir olarkən istefa ərizəsi yazdığı, lakin qəbul olunmadığı barədə söylədiklərinə münasibət bildirib və bu zaman şok bir hadisəni nəql edib: “Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahiddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək çıxış eləmək istədiyini dedi.

Prezidentə dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsələni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş elədi ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova və mən otaqda oturmuşduq.

Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm. İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram”.

S.Novruzovun bu açıqlaması maraqla qarşılanıb. Bununla bağlı “Yeni Müsavat” YAP-ın qurucularından sayılan, sabiq deputat, Xızının keçmiş icra başçısı Maksim Musayevin fikirlərini alıb.

M.Musayev S.Novruzovun dediklərini tam təsdiq edə bilməsə də, açıqladığı yeni faktlar oldu: “Açığı bu barədə dəqiq məlumatım yoxdur. Çünki İdarə Heyətinin üzvü olmamışam. Amma bəzi şeylər deyə bilərəm. O zaman Zahid Qaralov İdarə Heyətinin üzvü idi. O həmişə iclaslardan çıxanda orada nələrin baş verdiyini mənə deyirdi. Amma bu barədə mənə nəsə deməyib. Onunla biz YAP yaradılanda ciddi işlər görmüşük. Sizə ilk dəfə bir fakt açıqlayacam. İndiyə qədər bu barədə heç kimə danışmamışam. Amma sizə deyəcəm. Dediklərimi gərək Əli İnsanov gizlətməyəydi. 2005-ci ildə ya may, ya da iyun-iyul ayları idi. Tam dəqiq yadımda deyil.

Əli İnsanov o vaxt mənə zəng etdi. İş yerinə dəvət elədi. Səbəbini soruşdum. Dedi ki, çox xahiş edirəm, gəl. Səhər saatları idi.


Onun iş yerinə getdim. Özü bir az gecikdi. Katibə mənə dedi ki, oturun bir azdan gələr. Ona tapşırıq verib ki, gələndə otağıma burax. Onun otağına girmədim. Gələndən sonra katibəyə acığı tutdu ki, içəri buraxmağı sənə deməmişdim. O da təbii ki, mənim otağa özümün girmədiyimi dedi. Birlikdə otağa daxil olandan sonra dəvətinin səbəbini bir daha soruşdum. Dedi ki, mənim başıma hansı oyunları açmaq istədiklərini bilmirsən. Bildirdim ki, partiya iclaslarına nadir hallarda çağırırlar. Bu səbəbdən çox şeylərdən məlumatsız olduğumu dedim. Əli İnsanov dedi ki, vaxtın varsa, bir məktub oxuyacam. 2-3 səhifəlik məktub oxudu.


Onu ya öldürəcəklərini, ya da həbs edəcəklərini dedi. Bütün bunların başında isə Ramiz Mehdiyevin dayandığını söylədi. Dedim ki, Əli, bununla nə demək istəyirsən? Bildirdi ki, səndən başqa bunu 2-3 adama da oxumuşam ki, işdir, birdən başıma nəsə gəlsə, bilin ki, bunu edən Ramiz Mehdiyevdir. Açığı bunu ciddi qəbul etmədim. Bu görüşdən bir neçə ay sonra o həbs ediləndə birdən yadıma düşdü ki, axı mənə məktub oxumuşdu. O dövr çox mürəkkəb idi. Partiya üçün əməyi keçməyənlər orada əsas yerləri tutmağa başladılar”.

M.Musayev YAP iclaslarında Əli İnsanovun özünü necə aparmasından da danışdı: “O iclaslarda tənqidi çıxışlar edirdi. Təkcə o belə çıxışlar etmirdi. Yaxşı yadımdadır ki, iclasların biri indiki Heydər Əliyev sarayında keçirilirdi. Mən qabaq sırada oturmuşdum.

İclasda ölkədə problemlərin olmasına baxmayaraq bu dilə gətirilmirdi. Birdən arxadan qışqırıq eşitdim. Səs mənə tanış gəldi. Bu Həsən Mirzəyev idi. Çox sərt formada çıxış etdi və problemlərdən danışdı. Orada fikirlərinin hamısını Ramiz Mehdiyevə yönləndirdi ki, burada düzgün yol yoxdur. 

Mən də deyərdim ki, hazırda respublikanın bu vəziyyətə düşməyində Ramizin çox böyük günahları var. Mən onu 70-ci illərdən tanıyıram. O vaxt komsomolda işləyirdim. 

Elyanora Petrosova var idi, təbliğat şöbəsində işləyirdi. Ramizi o tapıb gətirmişdi. Ramiz Mehdiyevin hədsiz dərəcədə kasıb vaxtları idi. Hətta elə vaxt olurdu ki, ona yazığım gəlirdi. Onun uşaqları ilə mənim övladlarım eyni bağçaya gedirdilər. Mənim evim var idi, amma o yataqxanada qalırdı. 


Təsəvvür edin, uşaqlarının dizləri yamaq formasında idi. Onun həyat yoldaşı çox qoçaq insandır. “Bisetka”da corab toxuyurdu.  Valideynlər uşaqlarını götürməyə gələndə stolun üstünə qoyurdu və deyirdi ki, istəyirsiniz, götürün. Kasıb olmaq eyib deyil. 

Sadəcə onu demək istəyirəm ki, bunun əvvəli belə olub, sonradan acgözləşdi. Bir fakt da deyim. Mən Xızıda işlədiyim vaxtlar ağır dövr idi. 11 min məcburi köçkün gəlmişdi. Onların övladlarına uşaq bağçası saldırmaq üçün o zaman baş nazir işləyən Həsən Həsənovun yanına getdim. Dedim ki, mənim üçün bir bağça plana sal. O da bunu etdi. 6 ay içərisində o bağçanı tikdirdim. 5-6 il bundan qabaq Xızıya gedəndə qabağımı kəsdilər. Çünki oranın 10 il deputatı olmuşam. Onlardan soruşdum ki, nə məsələdir. Dedilər ki, Ramiz Mehdiyev uşaq bağçasını əlimizdən alıb. Onlara açığı acığım tutdu. Dedim ki, o heç vaxt uşaq bağçasını sizin əlinizdən almaz. Əminliklə dedilər ki, artıq ştatlarımızı ləğv ediblər. Ağlıma gəlməzdi ki, məcburi köçkünlərin uşaq bağçasını mənimsəsin. Bu məni çox incitdi. Çünki bağça üçün çox əziyyət çəkmişdim. 

Bir neçə nəfərdən Ramiz Mehdiyevin doğrudan da uşaq bağçasını mənimsəməsinin doğru olub-olmadığını soruşdum. Hər kəs bunu təsdiqlədi. Hətta dedilər ki, indiki icra başçısı bağçanı ona verib. Adama deyərlər, axı sənin nəyin əskikdir? Qızıl Qazmada 4 hektarda böyük bir villa tikib. Vertolyotla gedib açılışını edib, gələndən sonra bağçanın qarşısında dayanıb deyib ki, ora nə yaxşı yerdir. Deyiblər ki, bağçadır. Amma buna baxmayaraq, qızının adına rəsmləşdirib”.

635x100

Şərhlər

Uveys 2020-07-06 11:35:20

gorunen odur ki, Azərbaycanda dovletcilik enenesine engel olan adamlar var. Dovlet icinde dovlet, konsey, butun qanunlari hece sayan bir deste var. bu deste o qeder el ayaq acib ki, Heydər Əliyevin Azerbaycana xidmete yonelmis butun ideyalarini deyerden salmaq ucun ve onun kecmisde gorduyu butun islerin neticelerini yox elemek ucun fealiyyet aparib. o deste tam zerersizlesdirilmedikce bu olkede xalqa rahat heyat olmayacaq.

Gündüz 2020-07-06 10:59:49

Maksim Musayev, sən öz dediklərinlə təsdiq edirsən ki, elə sən də Əli İnsanovun əlaltılarından olubsan. R.Mehtiyev də Cənab Prezidentə qarşı olanlarla, eyni zamanda həmin şəxslərlə yaxınlıq edənlərlə daim mübarızə aparıb. Yəqın vaxtilə sənin də iynəni vurub indi acıqlısan.

t.ədalətə 2020-07-05 11:08:45

Maks m. özü yazıb ki, Elehamımızın arasında( bəlkə də Tacı) olub.

Eli 2020-07-04 21:15:15

Allsh sene rehmet elesin Heyder Eliyev bunları ....bunlar birinci “Popıtkada”adsmı baqags qoyarlar Allah gör 50 ile yaxındır bize kimler rehberlik edib Allah sen özün bu mülleti qoru

Millkişi 2020-07-04 20:01:43

Cin görürəm, şeytan görürəm qorxmuram. Rus görürəm, fars görürəm, qorxmuram. Harda məmur görürəm qorxuram. Qorxuram evimi, işimi əlimdən alsınlar. Şərləsinlər, böhtanlasınlar. Qorxuram çünki onlar çoxdurlar və bu əməllərində birlikdədirlər.

Cəmşid Dərələyəzli 2020-07-04 15:59:27

Ona görədə hər kəs elə yaşamalıdır ki, ömür kələfinə əməllər sarılanda, açlanda çözələnib əlinə ayağına dolaşmasın

Bakı 2020-07-04 13:24:45

Yıxılana balta calan

nihad 2020-07-04 13:19:56

niyə bir-birinizi yeyirsiniz,nə vaxt birləşəcəyik,guya başqa ölkələrdə brlə şey yoxdur?bölücülüyü qurtarmaq Vətənin xilasına başlamaq lazımdır

Qafara 2020-07-04 13:13:01

İrəvanlılarla Naxçıvanlılarını vəzifədə olanları elə tərbiyə ediblər ki,ayrı-seçkilik salırlar. Məsələn işə girməyə gedəndə əvvəl soruşurlar haralısan. Polis, hüquq mühavizə orqanları da çalışırlar ki bilələr haralısan. Oradan deyilsənsə istədiklərini edirdilər. BU reallıqdır. Bu yazıdan incimiyək. ...

qafar 2020-07-04 11:14:38

millətimizi, yəni ki türkləri bölürlər.... bunu kim təşkil edirsə, çox səhv yol tutub. Bakılısı, gəncəlisi, irəvanlısı, naxçıvanlısı ilə biz hamımız türkük. ...

t.ədalət 2020-07-04 10:37:44

Həbib Həsənov təkcə qəzet redaktoru deyildi.O,həm də ermənistanın Ali Sovetinin sədr müavini idi.H.Həsənov Tovuza birinci katib gələnədək ermənistanda da Amasiya rayonunun birinci katibi olmuşdur.

3cülərin 2cilik savaşı vəss 2020-07-04 10:24:37

Berisinin Mirisindən Azərbaycanı silib, başı Ele tacı olanları otuzdurublar.

Edalete 2020-07-04 07:33:09

Həbib Həsənov uzun muddet vezivede olmushdir. Eliyev Ermenistanda rayon gezetinin redaktorunu bir basha Tovuz kimi strategi yagli bir rayona katib gondermishdi, Eliyevin ikinci donushunden sonra ise yene onu tovuzlularin bogazina baglamishdir, her sheyi oradan gedirdi. ERA-zin butun kadirlari giymetli idi, yerli respublikada dogulub boya catan kadirlarin ekseriyyeti mehv edildi ve bu proses 93-cu ilden sonra tam basha catdi. Budur bu hakimiyyetin kadr siyaseti, nazir, deputat, biznesmen ya hemin beli bolgelerdendir ve yaxud onlarin yerli elaltilari, ona gorede dogru-durust kadr tapmaq olmur, son dovurde teyin olanlarin sivetlerine baxirsan ele bil orta mektebin partasindan teze ayrilib. Hec birinin derin biliyi ve ish tecurbesi yoxdur. Xalq cebhesinin beyleri kimi kohne qvardiya bunlarida yola salacaq, ish ona dogru gedir.

t.ədalət 2020-07-04 07:29:44

Maksim müəllim özü də ermənipərəst idi.Qaxda birinci katib olanda orada istirahət edən Harri Kasparovun,az qala qulluqçusuna çevrilmişdi.Rayonun problemlərini bir yana ataraq gecə-gündüz Kasparovun yanında idi.

RƏNDƏ 2020-07-04 06:55:34

Qurd qocalanda ətrafında KƏPƏNƏK fırlanar.

Agu 2020-07-04 03:58:48

Kul bizim bashimiz,gor kimler at oynadir

ejder 2020-07-04 01:20:33

ANALOQU OLMAYAN INKIWAFIMIZIN,,AKADEMIK,,AVANQARDLARI.OQURLADIQLARINIZI SAQ YEMIYESINIZ,YAXIN ETRAFINIZLA.AMIN

Səid 2020-07-04 00:58:47

Görəsən Ramiz Mehdiyev, Əli İnsanov vəzifədə olanda siz AZPOLİTİKA-nın cəsarəti çatarsınız ki, bu sözləri yazasınız? Deyirəm bu sözləri belə yazmağa cəsarətiniz çatmayacaq! Tərəfsiz olun!

Səid 2020-07-03 23:30:45

Vəzifədən gedən adamın dalınca danışan çox olar. Oğul istəyirəm bu sözləri Ramiz Mehdiyev vəzifədə olanda deyərdi. Yıxılana təpik vuran çox olar deyib atalarımız. Atalarımız bu milləti yaxşı tanıyıb və düzgün ifadə edib.

Cənab Musayevə 2020-07-03 23:06:00

İkili komanda arasındakı fiquranın(adsız da) karyerası bu günə aydınlıq verməzmi?

Shushali 2020-07-03 23:03:57

Ay Maksim muallim ozunuzde deyirsiniz ki, bu Ramiz Mehdiyevi Elyanora Petrosova getirib cixarmishdi. Demeli ... Bele bir adamin Azerbaycan siyasetinde 40 ilden artiq bir vaxta aktiv rol oynamasi, butun siyaseti shekillendirmesi ve bundan elave genish maliyye resuslarina malik olmasi bu dovlete ne ved edir. Goresen hakimiyyetin yuxari eshalonlarinda ne qeder bele pastavnoy kadir var. Men shubhe edirem ki, onlarin sayi 50 faiden artiqdir. Yaziq veten sen kimlerin elende qaldin.

ANAR 2020-07-03 23:02:34

Əli İnsanov həmişə qorxaq adam olub. 2003 cü ildən başlayaraq ətrafına özü kimiləri başna yığaraq xəyanət yolunu tutdu və qarşısında Ramiz Mehdiyevi gördü və sonda məğlub oldu. indi o vaxtların qisasını almaq üçün nağıllar danışır. o illərdəki xəyanətə meyliləri də alət etməyə çalışır. adam kişi olar.

t.ədalət 2020-07-03 21:06:13

Ramiz Mehdiyev ermənistanlıların vəzifələrə irəli çəkilməsinə mane olan bir adam idi.ermənistanlılar arasında sevilən Həbib Həsənov var idi.Kamil kadr idi.Onun irəli çəkilməsinə R.Mehdiyev mane oldu.

t.ədalət 2020-07-03 21:03:35

Səyəvuş müəllim unudur ki,Əli İnsanov həmişə Heydər Əliyevin yanında olub.Bir faktı deyim ki,Rövşən Cavadovun dəstəsi prezident aparatına tərəf hücuma keçmək istəyəndə Heydər Əliyevin kabinetində olan,onun yanından ayrılmayan iki nəfər var idi.Əli İnsanov və Bəylər Eyubov.Hətta orda olanlardan biri dedi ki,sonacan Bəylər Eyubov dayana bildi.Hətta qorxudan Əli İnsanov pəncəyini stulun üstünə qoyub qaçmışdı.O zaman "Əliyevçilər" var idi.Onlar axıra kimi qapının ağzında oldular..

Son yazılar