“Özünüz cəhənnəm, jurnalistikanı hörmətdən salmayın!” – “Ayıb deyilmi?...”

“Azərbaycan mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, mətbuatın cəfasını çəkən jurnalistlər bayram ərəfəsində layiq olduqları qiyməti alacaqlar”.

Bunları “AzPolitika.info”-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycanda fəxri ad almağa haqqı çatan xeyli jurnalist var: “Prezidentin sərəncamının mürəkkəbi qurumamış jurnalist təşkilatlarının sədrlərinə, KİV rəhbərlərinə müraciət edib, onlardan təqdimat prosesində ədalət prinsipini gözləməyi xahiş etdim. Hamıdan rica etdim ki, dostbazlıq, qohumbazlıq edib istedadlı jurnalistlərin yoluna daş dığırlamasınlar. Heç olmasa, bu dəfə haqqı çatan adamların mükafatlandırılmasına mane olmasınlar. İnanıram ki, redaktor həmkarlarım səsimə səs verərək, mətbuatın cəfasını çəkən zəhmətkeş jurnalistlərin mükafatlandırılmasını təmin edəcəklər”.

Seymur Verdizadə onu narahat edən vacib bir məqama da toxunub. Qeyd edib ki, Prezidentin məlum sərəncamından sonra ortaya düşən bir qrup adamın hərəkəti onu məyus edib: “Fəxri ad davası aparan elən adamlar var ki, onların jurnalistikanın baş hərfindən xəbəri yoxdur. Hələ indiyə kimi bircə ciddi yazının altına imza qoymayıblar. Ay qardaş, ay bacı, sən indiyə kimi hansı xəbəri yazmısan, hansı araşdırmanı aparmısan, hansı müsahibəni götürmüsən? Ayıb deyilmi? Özünə hörmət edən adam qohum-qardaşına, dost-tanışına necə deyə bilər ki, filan statusun altından mənim adımı yaz? Axı bu kiçik ölkədə kimin sözün, kimin pulun qulu olduğunu hamı yaxşı bilir. Siz niyə anlamırsınız ki, bu məsələlər sosial şəbəkələrdə həll olunmur? İnsanlar kənardan bizə baxır. Orden-medal ehtirasınızı içinizdə boğun, boyunuzdan böyük iddialarınızla camaatı bizə güldürməyin. Özünüz cəhənnəm, jurnalistikanı hörmətdən salmayın!”

“AzPolitika”

635x100

Şərhlər

t.ədalət 2020-07-03 20:57:12

Musiqidə böyük sənətkarlar olub.Onların əksəriyyəti hansısa fəxri ad almayıb.Sovet dövründə verilən fəxri adlar ,əsasən xüsusi xidmət orqanlarının ölkədə və xaricdə tapşırıqlarını iucra edən adamlar idi.İndi də elədir.Elə adamlar var ki,onlar "aldıqları" fəxri adı gözdən salırlar.Məsələn,Səməd Səmədov,Faiq Ağayev və onlarla başqalarına verilən fəxri ada necə hörmət edəsən?Şairlər də var ki,buyruq üçün ona fəxri ad və orden -medallar verilir.Bunlar unudurlar ki,zaman hər şeyi saf-çürük edir.

nihad 2020-07-03 20:03:04

biz oxuyan vaxtı (1983-88) universitetin ən zəif tələbələri jurnalistika fakültəsində oxuyurdular,hətta kitabxanaçılıq fakültəsi onlardan öndə gedirdi.Odur ki,indi bizim jurnalistlərin niyə zəif olmasına

Son yazılar