Fransa Həftarın Liviyadakı cinayətlərinin şərikidir! – Türk deputat

Fransa marşal Xəlifə Həftarın rəhbərliyi altında döyüşən qeyri-qanuni silahlı birləşmələrin və onun tərəfdarlarının cinayətlərinə dəstək verib. Bu barədə türkiyəli deputat bəyan edib.

Hakim Ədalət və İnkişaf Patiyasının nümayəndəsi Omər Çelikin sözlərinə görə, Liviyada «insanlığa qarşı cinayətlər» baş verərkən, Paris susub. Milli Razılıq Hökuməti (MRH) qələbələr qazanmağa başlayandan sonra isə Fransa Həftarın ordusunu rədd edib («Anadolu»).

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Liviya MRH-i dəstəkləyən Türkiyə bu Afrika ölkəsində NATO-nun üzv ölkəsi statusu ilə bir araya sığmayan «təhlükəli oyun» oynayır.

Belə çıxır ki, NATO-nun üzv ölkələri qiyamçılarla əlbir ola bilərlər, amma Liviyanın qanuni hökuməti ilə onların hansısa birinin əməkdaşlığı qəbahət sayılar.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar