HƏSƏNOVUN VƏ SƏFƏRLİNİN QƏZETLƏRİ KƏNARDA QALDI - Maliyyə yardımı alan KİV-lərin siyahısı açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.

Belə ki, müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və 18 qəzet müxtəlif sahələr üzrə qalib elan olunub. Bunlar, “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Bakı-Xəbər”, “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət”, “Azad Azərbaycan”, “Türküstan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi” və “Nedelya” qəzetləridir.

Maraqlıdır ki, qəzətlərin hər birinə nə qədər vəsait ayrıldığı açıqlanmayıb. İlk dəfədir ki, hər qəzetin dövlətdən nə qədər vəsait alacağı gizli saxlanılıb.

Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, siyahıda Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailəsinə və KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərliyə məxsus qəzetlərin adları yoxdur.

Belə ki, hər il dövlətdən yüksək maliyyə yardımı alan Əli Həsənovun ailəsinə məxsus “Kaspi” qəzeti (həm rus, həm də Azərbaycan dili redaksiyaları üçün ayrılıqda pul ayrılırdı – red.) və təsisçisi Vüqar Səfərlinin oğlu olan “Mövqe” qəzeti bu dəfə siyahıdan kənarda saxlanılıb. 

Xatırladaq ki, Vüqar Səfərlinin quruma rəhbərlik etdiyi dövrdə adıçəkilən qəzetlərin hər birinə ildə 240 min manat vəsait ayrılırdı.  

AzPolitika.info

635x100

Şərhlər

Ekoya 2020-07-05 19:16:25

Seferlinin miliyyeti .....

Shushali 2020-07-05 14:34:58

Hec ne yigdiqlar pullar, talan etdikleri xalg mali bunlarin 7 arxa donenine bes eder. Severlinin nece mulki, villasi ve obyektleri var, onlardan danishan yoxdur, bunlarin diger qardashlari NAx Nusheravandan danishan yoxdur, o sakit oturub, taladiglarinin yeyir. Xalq Nezaretini geri qaytarmaq ve butun memurlarin var varliglarini yoxlamq lazimdir. Axi bu xalgin pulunu bu qeder talan etmek olmaz.

Eko 2020-07-05 08:07:48

Qôresen Seferlinin milleti nedi ?

ejder 2020-07-05 01:32:21

aye,indi arvadlari qabaqa vermek ,moddadir.lukawenko cani

Eko 2020-07-04 23:27:59

Bu qazetlerin hec biride oxunmur((( menasiz qazetlerdi

t.ədalət 2020-07-04 23:05:41

Zamanın hamarlamadığı problem yoxdur.Qılıncının dalı-qabağı kəsənlərin hamısının bu günə düşəcəyi vaxt var.Yalnız ağıllılar sonrakı həyatlarını düşünürlər.

Xalq 2020-07-04 20:32:58

niyə vəsaitlərin miqdarını açıqlamırsınız? Bu dövlət sirridirmi?

Mirzə 2020-07-04 18:09:36

Bəs dedilər bunlar jurnalistlərin evlərini başqalarına veriblər satıblar. Niyə bunlar haqqında bir tədbir görülmür. İmkanları olsa maska taxmamaq üstündə adama 3-5 il verərlər. Bizdə hər şey tərsinədir.

Son yazılar