Dünya xəritəsində Azərbaycanın imici necədir?

Azərbaycan “Pirat kompüter proqramları” ölkəsi kimi təqdim olunub

Komikslər dərc edən thedoghousrdiaries.com saytı dünyanın özünəməxsus xəritəsini yaradıb. Burada hər bir ölkənin adının yerində rəmzlər və qısa xarakteristikalar əksini tapıb.

Xəritənin təqdimatında bildirilib ki, bu rəmzlər müəyyən sahədə ölkə rəhbərliyinə uyğundur, xəbəri “Azadlıq” radiosu yayıb.

Belə ki, ABŞ xəritəsində yazılıb: “Nobel laureatları və otbiçən maşınlardan ölüm halları”. Rusiya “Moruq və nüvə başlıqları”, Çin “Karbon qazı”, Türkiyə “Ərik”, Meksika “İldırım vurmuşlar”, İspaniya – “Kokain istifadəsi”, Böyük Britaniya “Faşist hərəkatları” və s. ilə əks olunub.

Azərbaycan “Pirat kompüter proqramları” ölkəsi kimi təqdim olunub, İran “Beyin sızması”, Gürcüstan isə “Xaçapuri” adlandırılıb. Ermənistana ümumiyyətlə heç bir ad verilməyib, xəritə tərtibatçıları ona məhəl qoymayıblar.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar