"BU NƏ MƏSƏLƏDİR?..." - Şəmkirdə icra başçısı və polislər yas mərasimini belə dayandırdı + VİDEO

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

İcra Hakimiyyətinin saytında verilən məlumata görə, iyulun 4-də Qərargaha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.

Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə əsasən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da insanların 5 nəfərdən artıq biryerə toplanması, xüsusilə mərasimlərin keçirilməsi qəti qadağan edilir. Belə reydlər mütamadi keçiriləcək və bu kimi hallara yol verənlər haqqında ciddi cəza tədbirləri görüləcək.

635x100

Şərhlər

Xalq 2020-07-05 14:06:50

artist

elli 2020-07-05 13:47:30

Artisdiyide bacarir !!!

Miriş 2020-07-05 12:34:52

Bu Əlimpaşa vergidə işləyirdi. Fazilin yeznəsi,sonradan Binəqədinin İcra Hakimi olmuş X.İsgəndərovun kadrıdır

Adil 2020-07-05 12:17:00

Deyirler alimpashanin milyardi var (( qôresen hardandi ?

Son yazılar