Ötən gün Braziliyada 35 min adam koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxma sayına görə Braziliya ikinci yerdə gəlir. Bu ölkədə hələ də yoluxmanın birinci mərhələsi yaşanır və buna rəğmən, yoluxma tempi yüksək olaraq qalır.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, Braziliyada son sutkada 35 min 35 nəfər koronavirusa yoluxub. Eyni zamanda 1111 nəfər bu virusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 milyon 578 min 376 nəfərə, ölənlərin ümumi sayı isə 64 min 365 nəfərə yüksəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar