Daha bir rayon su böhranı ilə üz-üzə

Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər. "Report" bildirir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub.

Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib.

Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Qeyri-adi təbiət hadisəsi Kür çayı boyunca irəliləməkdə davam edir.

Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar.

635x100

Şərhlər

Adil 2020-07-06 06:26:27

Yavash yavash.....

Mehdi 2020-07-05 22:10:39

Xudafərin su anbarı hələ sovet vaxtından İrandai soydaşlarımızın su təminatını təmin etməyi də nəzərə almaqla layihələndirilmişdi. İndi bu məsələni yaddan çıxarmayın. Ərazilərimizi işğalçıları qovduqdan sonra bu su anbarının əhəmiyyəti bizim üçün də çox böyük olacaqdır.

Mühəndis 2020-07-05 20:35:30

Bu məsələlərdən su təsərüfatı və meliorasiya Komitəsi niyə kənarda saxlanılır?Axı hər il büdcədən lazım olan aədər vəsait ayrılır vəəlavə olaraq Prezident fondundan pul ayrılır.Niyə bu vəsaitlərin səmərəli istifadəsinə diqqət,nəzarət edən tapılmır?y

xəbər müəllifinə 2020-07-05 16:07:13

Xudafərin müqaviləsi ləğv olummalıdır. Bənd dağılmalıdır. Yoxsa su olmayacaq.

Bashirov Qarib 2020-07-05 15:55:37

Cənub-Mugan su kanalı 110 il əvvəl Çar Rusiyası tərəfindən çəkilib. Cəlilabad rayonuna dəxli yoxdur.İran tərəfinindən Araz çayının qabagına bənd vurularaq işgal altında olan kəndlərimiz su altında qalmasına səbəb olub.Həm Kurdəki vəziyyət, həm də kəndlərimizdəki vəziyyət bununla əlaqədardır. Bəndin vurulmasına hökumətimiz razılıq verib və maliyyə vəsaitilə dəsdək verir.Ekoloji fəlakət də bunun nəticəsidir. Cəlilabad rayonuna dəxli yoxdur. ...

Son yazılar