"FAİRMONT BAKU" HOTELİNDƏ KARANTİN QAYDALARINI POZANLAR SAXLANILIB - Rəsmi (Yenilənib)

Paytaxtın Səbail rayonunda hotellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

***

Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.

"AzPolitika"nın məlumatına görə, hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.

***

Bakının mərkəzində yerləşən "Fairmont Baku" hotelində karantin qaydaları ciddi şəkildə pozulub.

"AzPolitika"nın məlumatına görə, hoteldə çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında ciddi müzakirə mövzusuna çevrilib.

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.

"Fairmont Baku" hoteli hətta müştərilərinə çağırış da edib, "Həftəsonunu bizimlə birgə keçirin".

635x100

Şərhlər

Özgür 2020-07-05 18:37:46

əcəbdi

Son yazılar