ANS-in keçmiş aparıcısının atası da koronavirusdan öldü - Anasından 1 həftə sonra
Baxiş sayı:
Dərc olunub:
05/07/2020 - 21:23
Azərbaycanda bir necə gün öncə anasını koronavirusdan itirən tanınmış aparıcının atası da vəfat etdi.
"BakuPost"un məlumatına görə, bir neçə il öncə fəaliyyətini dayandıran ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVİD-19 testi ötən ay pozitiv nəticə vermişdi. Onların hər ikisi "Yeni Klinika"ya yerləşdirilmişdilər. Bu gün aparıcı atasının da virusdan dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, N.Əhmədovanın anasını həkimlərin bütün səylərinə baxmayaraq bir həftə öncə vəfat edib.
Uzun müddət ANS PRESS portalının da baş redaktoru,eləcə də "Xəbərçi"nin aparıcısı olan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır.
Ölkə
Son yazılar
14:06
“Yardımın böyük hissəsi Almaniya və Polşadakı anbarlardadır” – “Artilleriya aclığı çəkirik...”
Şərhlər
Allah ataya da, anaya da rəhmət eləsin! Allah Nəzrin xanım sizə səbr versin!