BAKIDA MARKETLƏRDƏ POLİS POSTLARI YARADILDI - Maskasız giriş qadağan edildi + FOTO

Bakıda marketlərdə polsi nəzarəti gücləndirilib. Ərzaq mağazalarında polis postları quraşdırılıb. Polis əməkdaşları ticarət mərkəzlərinə müştərilərin qoruyucu maskasız daxil olmasını qadağan edib.

Həmçinin mağazaya daxil olan müştərinin ilk öncə hərarəti ölçülür, hərarəti olan müştəri mağazaya buraxılmır. Proses paytaxtın bütün ərzaq mağazalarında və alış-veriş yerlərində həyata keçirilir.

Qeyd edək ki, ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-07-06 15:49:04

Siz ğdin XƏSTƏXANALARA-POLİKLİNKALARA baxın vəziyyət ACINACAQLIDIR.İşcilərin coxu maska taxmır deyəndə İT -kimi adama cumurlar.Lökbatan qəs.19-saylı poliklinka NƏsimi r-nu ərazisində EYVAZOV adına qanköcürmə İNİSTİTUNUN BƏZİ işciləri məs.APTEKDƏ İŞLƏYƏN QADIN.Kobudluqu iylə o işlədiyi yerə layiq deyil.

Tural 2020-07-06 11:47:01

Bravo marketdede nezareti guclendiribler?

Son yazılar