Nazir Qarabağ döyüşçüsünü polis rəisi vəzifəsinə təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şamaxı rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

"Report"un xəbərinə görə, nazirin əmri ilə polis polkovniki Əliyəddin Səfərov Şamaxı rayon Polis Şöbəsinə rəis təyin olunub.

Ə.Səfərov bundan əvvəl Biləsuvar rayon Polis Şöbəsinin rəisi olub. O, Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar