Keşikçiyə zərbə - dövlətə, millətə zərbədir!

Mürvət HƏSƏNLİ

Əmin-amanlıq və asayiş. İstənilən dövlətin əsl dəyəri bu məfhumun nə dərəcədə həyata keçirilməsiylə ölçülür. Çünki dövlət elə insanlar arasındakı münasibətləri tənzimləmək, haqqı nahaqqın ayağına verməmək, vətəndaşları və onların mülkiyyətini cinayətkarlardan qorumaq var edilib. 

Bütün bu vəzifələri qüsursuz yerinə yetirə bilən dövlətlər güclü dövlət sayılır. Başqa sözlə desək, dövlətin gücü heç də ərazisinin böyüklüyü, hərbi qüdrəti ilə deyil, vətəndaşları qarşısında üzərinə götürdüyü asayiş və əmin-amanlıq yaratma qabiliyyətilə ölçülür. Bu vəzifəsini yerinə yetirə bilməyən dövlətlər nə qədər geniş ərazilərə, hərbi qüdrətə malik olsalar belə, dağılmağa, məhv olmağa məhkumdur və tarix bunun örnəkləriylə doludur.

Söhbət asayiş və əmin-amanlıqdan gedəndə, sözsüz ki, ağıla ilk gələn polis olur. Biz canımızı və malımızı dəyərli polis əməkdaşlarına həvalə edərək gecələr rahat yata, gündüzlər çəkinmədən öz işlərimizi davam etdirə bilirik. Məhz bu aşayiş keşikçilərinin sayəsində Azərbaycanın iqtisadi çərxləri rahatlıqla dönür, insanlar gələcəklərindən ayın-arxayın yaşayırlar.

Ölkəmizdə koronavirus pandemiyasının getdikcə yayıldığı indiki dövrdə Azərbaycan polisinin daha fərqli bir özəlliyi də ortaya çıxdı. Bu zamana qədər canımızı və malımızı, asayişimizi qorumaqla bizlərin qayğısına qalan polisimiz indi sağlamlığımızın mühafizəsində də həkimlərlə yanaşı ilk cəbhədə yer aldılar. Söhbət təkcə koronavirusa yoluxanların yatdığı xəstəxanaların mühafizəsindən də getmir. Azərbaycan polisi karantin tədbirlərinin hansı səviyədə həyata keçirilməsinə də birbaşa nəzarət edir. Düzdür, bu müqəddəs vəzifələrini yerinə yetirərkən, bəzi özünü bilməzlərin sərt reaksiyaları və aşağılayıcı etirazları ilə də qarşılaşdı. Polis ləyaqətini qorumaq üçün təhqiramiz hərəkətlərə adekvat cavab da verdi. Baxmayaraq ki, əsəblərini qoruya bilməyən polis əməkdaşlarından biri ağzından artıq-əskik söz çıxararaq, bəzi fürsətçi müxalif qüvvələrə istəmədən yeni mövzu da bəxş etdi. Müxalif qüvvələr bundan sui-istifadə edərək, asayiş keşikçilərimizin müsbət imicinə zərbə endirməyə çalışdılar. Bununla belə, geniş xalq kütlələrinin bu təxribata uymaması məkrli qüvvələrin planını suya saldı. Azərbaycan xalqı öz polisinə gül-çiçək hədiyyə etməklə, eyvanlara çıxıb mahnı sədaları altında alqışlamaqla xaricdən mayalananların bəd niyyətlərini gözlərində qoydu.

Tarixi təcrübələr sübut edir ki, cəmiyyətlər polis-xalq arasındakı qarşılıqlı sayqı və sevginin kölgəsində xoşbəxt yaşaya bilirlər. Xalq öz asayişini polislərə borclu olduğu kimi, polislər də gücünü ictimai rəğbətdən alır. Xarici düşmənlər bir ölkəni dağıtmaq istəyəndə ilk işə qanun və asayiş keşikçilərə duyulan bu ictimai rəğbəti sıradan çıxarırlar. Necə ki, dünyanın super gücü olan SSRİ-də bunu etmişdilər. SSRİ milisini gözdən salan güc mərkəzləri dövlətin gücünü zəiflətmiş və ölkəni tədricən tənəzzülə sürükləmişdilər. Bir çoxlarımızın şahidi olduğu həmin dövrlərdə milis orqanlarının tamamilə gücsüz bir quruma çevrilməsinin nəticəsində dağılan SSRİ-nin regional subyektlərində asayiş keşikçilərinin nüfuzunu bərpa etmək asan olmadı. Dövlətlər gücləndikcə, polis-xalq münasibətləri yenidən öz məcrasına düşdü. Nə yazıq ki, cəmiyyətimizdə polisin gücünün yenidən zəiflədilməsinə çalışılır. Odur ki, Azərbaycan xalqı bu təhlükəyə qarşı ayıq-sayıq olmalı və öz polisinə sahib çıxmalıdır.

635x100

Şərhlər

BAKILI 2020-07-07 10:35:50

milletin bawina getirilen oyunlardan daniw

Ağa 2020-07-06 21:30:21

Biri dovşan,o biri sürü deyir,başqa birisi də.......................

Aydın 2020-07-06 18:20:04

SSRİ-ni milis dağıtmadı. İqtisadi böhran və Hər imperiyanın,hər varlığın bir sonu olduğu kimi onun da sonu çatdı dağıldı. Polis öz işini görməlidir. Ancaq polisin gəlib vətəndaşı yataqdan lüt baş-ayaq aparmağ sındırmağı  nə deməkdir? Siz hamınız dovşansınız deyib milləti təhqir etmək nə deməkdir? Dovşan bilirsən də nə deməkdir?

Son yazılar