“10 FAİZİNİ ÖZÜMƏ GÖTÜRÜRDÜM...” – XİN-də rüşvət bölgüsü necə aparılıb? (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat bir daha ölkədəki əksər nazirlik və idarələrin hansı “prinsiplər” əsasında işlədiyinə dair təəssürat yaratdı.

“AzPolitika.info” xəbər verir ki, DTX-nın XİN-də keçirdiyi əməliyyata dair yaydığı görüntülərdə nazirliyin İşlər İdarəsinin müdiri, həmçinin bu qurumun Tender Komissiyasının sədri Fərhad Molla-zadənin ilkin ifadələri yer alıb.

F.Mollazadə həmin ifadəsində nazirliyin ayrı-ayrı şirkətlərlə bağladığı tender müqavilələrinə görə müəyyən məbləğdə haqq aldığını, şirkətlərə ayrılan pulun bir hissəsinin nazirliyə rüşvət şəklində geri verildiyini etiraf edir: “Öz istədiyimiz şirkətlərə imkan yaratmışdıq. Mənim göstərişimlə Səlim Əlizadə məşğul idi, mən Tender Komissiyasının sədri idim. Prosedurlarda qanunsuzluqlara yol vermişik. Pulları Səlimə (Nazirliyin Təsərrüfat Şöbəsinin müdiri-red.) təqdim etmişdilər, o da mənə gətirmişdi. 10 faizini özümə saxlayırdım, 10 faizini Səlimə verirdim. Yerdə qalanını nazirliyin problemlərinin həlli üçün xərcləyirdik”.

XİN rəsmisi qeyd edib ki, müxtəlif məbləğlərdə - 19 min manatdan tutmuş, 59 min manata qədər pullar alıblar. O, peşman olduğunu da dilə gətirib: “Heyfslənirəm ki, belə bir addım atmışam və özümü çox pis hiss edirəm. Başa düşürəm ki, düzgün hərəkət etməmişəm”.

DTX-nın yaydığı məlumata əsasən, XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib.

Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

F.Mollazadənin yuxarıda qeyd edilən ifadəsindən isə belə məlum olur ki, nazirlikdə şirkətlərlə tender müqavilələrindən alınan rüşvətin müəyyən faizlərlə bölgüsü həyata keçirilib. Belə çıxır ki, həmin məbləğin 10 faizi Mollazadəyə, 10 faizi isə Əlizadəyə çatıb. Yerdə qalan 80 faizin hara və kimlərə getdiyini təsəvvür etmək isə çətin deyil. F.Mollazadənin bu ifadəsi həm də XİN rəhbəri Elmar Məmmədyarovun Nyu-Yorkda aldığı və “şəxsi işi olan” bir neçə milyon dollarlıq mənzillərin hansı pulla alınmasına dair suallara da müəyyən qədər aydınlıq gətirmiş olur...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Müfəttiş 2020-07-11 13:55:52

Maliyyə-Valyuta İdarəsinin şanlı-şöhrətli kraliçası Lamiyyə xanım saxlanıldıqdan sonra niyə buraxılıb?

Aborigen 2020-07-08 22:37:32

"10 faizini özümə saxlayırdım, 10 faizini Səlimə verirdim. Yerdə qalanını nazirliyin problemlərinin həlli üçün xərcləyirdik" Nazirlik məgər sənin dədəndən qalmış mülk idi ki? Allahın bu millətə verdiyini sənin kimi allahsızlar bu millətdən aldı! Cəzanızı çəkəcəksiniz!. Bir hissənizi virus aparar, yerdə qalanınız da Allahın köməklliyi ilə iyrənc həşəratlar kimi məhv olarsınız!

İ.Mustafaoğlu 2020-07-08 15:42:15

Xarici İşər Naziri bu gündə olanda, görün digər Nazirliklər, Komitələr və idarələr nə gündə olar ? SSRİ dönəmində olan yoxlamalar bərpa olunmalı, bütün Naziriklər ,Komitələr başda olmaqla bütün idarələrdə də təftiş yoxlamaları aparılmalıdır... Yoxlamanın nəticəsindən bəlli olmalıdır ki, kim öz xidmətləri ilə cənab Prezidentimizə sədaqətli olub ? Məmurların əksəriyyəti boğazdan yuxarı "dövlətimizə sadaqətli" dir... Bütün Nazirliklərin ,Komitələrin , idarələrin və İcra hakimiyyətlərinin maliyyə sahəsi bərbad gündə olmasını nəzərər alaraq peşəkar maliyyəçilər tərəfindən yoxlama aparılsa, ölkəmizin 10-illik büdcəsi 100% yerinə yetirilər....

Mehdi 2020-07-08 00:32:42

Bu o deyil axi.Bu Yakubovskidi.Onun öz səklini q

Rovşən 2020-07-07 13:51:10

Bunların başına daş hələ bığına zada bax bunun

Pastux 2020-07-07 10:03:10

bu zavallı görkəmli adamın ucbatından XİN-in tualetlərində illərdən bəridir ki, tualet kağızı və sabun tapılmırdı.... Çox biabrçılıqdır.

Ağayev Ağahüseyn 2020-07-07 09:31:57

Özüvə və səlimə verdiyin düz QALANINİN yerini düz de YALANCININ ATASINA LƏNƏT DÜZ DEMİRSƏN .....Bəs nazir o evləri nəylə alıb.BƏLKƏ O DA TAQI KİMİ YEMƏYİB İCMƏYİB LÜT ĞƏZİB PUL YIQIBMIŞ.Hələ utanmırlar cıxıb televizorlarda müsabiqə verirlər SİZ ÖLƏSİZ İNSANLAR SİZİN ANANIZI AQLADACAQ.Nəsiliniz ölkədə yaşaya bilməyəcək bu millətə və dövlətə onun RƏHBƏRİNƏ etdiyiniz xəyanətə ğörə.TU sizin üzünüzə.

Vətəndaş 2020-07-07 07:20:31

Deyəsən orada işləyənlərin bəzisində düşmən qanı var. Zəif millətik ona görə də belə olur...

Seyid Ənhu 2020-07-06 23:18:53

BIĞINDAN İYRINMİR BU ....ÖLÜM OLSUN CANINA,OĞRU CANLNA.

Allah kömək olsun 2020-07-06 20:13:13

Leonid Yakuboviçdir toçnı.

t.ədalət 2020-07-06 18:32:57

Adam fikirləşir ki,Elmar Məmmədyarov Moskvanın nomenklaturasıdır.......R.İbrahimbəyov və Araz Ağalarovun yaxın qohumu olan bu ....adam,həm ərazilərimizin işğasl altında qalmasına çalışmış,həm də iş yerini rüşvət meydanına çevirmişdir.

Musa 2020-07-06 18:02:58

Maşallah,bu da ölkənin düzəni! Bu bölgü hər nazirlikdə mövcuddur.Molla zadə bunu bilərəkdən belə bölgü aparıb.o

Son yazılar