"COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır" - Həkim

“Bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsi neqativ çıxsa da, sonradan bu pozitivə çevrilə bilir. Ona görə də bir çox ölkələrdə analiz cavabından asılı olmadan kompüter tamoqrafiyası (KT) çəkilir”.

“Report” xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır: “Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan “buzlu şüşə”aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib həmin gün müalicəyə başlamaq lazımdır. Belə xəstələr bizdə çoxdur. Hətta sona kimi də onların cavabı neqativ çıxıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar