Avropa Pakistanın Hava Yollarına hava məkanını bağlayır

Pakistan Beynəlxalq Hava Yolları ona məxsus sərnişin təyyarəsinin mayın 22-də Kəraçi şəhərində 97 adamın ölümünə səbəb olan qəzaya uğramasından sonra 150 pilota məxsus vəsiqələrin araşdırılması ilə tənqid atəşinə tutulub.

“AzPolitika.info” “New York Times”-a istinadən xəbər verir ki, Avropa Birliyi tərəfindən Pakistan Beynəlxalq Hava Yollarının ən az altı ay müddətində Avropaya uçuşuna qadağa qoyulacağını elan etməsi, ölkənin milli hava yolu şirkətinə vurulan son zərbədir. Ötən ay Pakistanın Aviasiya naziri Qulam Sarvar Xan tərəfindən çox sayda pilotun burada və digər hava yollarında şübhəli vəsiqələrə sahib olması ilə bağlı açıqlamalarından sonra ötən çərşənbə axşamı Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarına müvəqqəti olaraq qadağa qoyub. Pakistan Hava Yolları 150 pilotun uçuşunu dayandırıb və bu pilotların lisenziyalarını və digər sənədlərini yoxlamaq üçün araşdırma aparılır.

Şübhəli vəsiqələrin verilməsi ilə bağlı xəbərlər pakistanlı pilotlar haqqında beynəlxalq araşdırmanın aparılmasına səbəb olub. Bu həftənin əvvəlində Vyetnam, Vyetnam Hava Yollarında fəaliyyət göstərən 27 pakistanlı pilotun uçuşunu dayandırıb. Birləşmiş Ərəb Əmirlikləri də Pakistan Hava Yollarına məxsus işçilərin vəsiqələrini yoxlamaq istəyib.

Avropa Hava Təhlükəsizliyi Agentliyi hava yolunun "hal-hazırda tətbiq olunan beynəlxalq standartlara uyğun olaraq öz operatorlarını və təyyarələrini sertifikatlaşdırmaq və nəzarət etmək iqtidarında olmadığını" bildirib.

635x100

Şərhlər

Eko 2020-07-06 21:40:49

Musulman ki , musulman (((( her shey alinib satilir ,,,,,,

Son yazılar