Ermənistanda fövqəladə vəziyyət rejimi yenə uzadılacaq

Ermənistan hökuməti koronavirus epidemiyası ilə bağlı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq niyyətindədir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

Fövqəladə vəziyyətin müddətini uzatmaq üçün hüquqi vasitələrin olmadığını qeyd edən hökumət başçısı epidemiologiya vəziyyətinə görə bunun ən azı bir dəfə uzadılacağını dilə gətirib.

“Təəssüf ki, sabah 800, 900, 1000 yoluxma halı ilə üzləşməyəcəyimizə hər hansı zəmanət yoxdur. Yeganə zəmanət hər birimizin davranışıdır. Hər kəs ümumi vəziyyətə təsir edə biləcəyini dərk etməlidir”, - baş nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistanda koronavirusla bağlı mart ayının 16-da tətbiq edilən fövqəladə vəziyyət rejimi indiyədək üç dəfə uzadılıb və iyul ayının 13-də başa çatır.

635x100

Şərhlər

t.ədalət 2020-07-06 21:15:35

ermənistanın dərdi bizə qalıb?Ay qardaş düşmənin informasiyaları bizə lazımn deyil.Nə vaxt torpaqlarımızı azad edərik,onda onların pis gününü əks etdirən informasiyalara dəyər.

Son yazılar