ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac milli parkının ərazisinə keçən yanğın ETSN-nin yerli qurumlarının, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində təxminən 8 hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyətinə səbəb vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi olur. Nazirlik bir daha isti hava şəraiti ilə əlaqədar əhaliyə odla ehtiyatlı olmağı, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar