Ötən il 57 milyard dollarlıq qiymətli metal zibilxanaya atılıb - BMT-nin hesabatı

Ötən il dünyada 53,6 milyon ton elektron texnika tullanıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni hesabatında söhbət açılır. Hesabat Beynəlxalq elektrorabitə ittifaqının və digər təşkilatların tədqiqatlarına əsaslanır.

Noutbuklar, kompüterlər, oyun əlavələri, mobil telefonlar, soyuducular və digər elektrik cihazları zibilxanaya atılıb. Ötən il tullanmış elektron texnikanın həcmi 5 il əvvəlki ilə müqayisədə 21 faiz artıb.

«Biz, gözləyirik ki, illik 53 milyon tonluq həcm 2030-cu ilə illik 74 milyon tona yüksələcək. Başqa sözlə, növbəti 10 ildə tullantıların həcmi təxminən 35 faiz artacaq» - deyə, «International Solid Waste Association» qeyri-hökumət təşkilatının başçısı Antonis Mavropulos proqnoz edir.

BMT-nin məlumatına görə, elektron tullantıların nəhəng mənbəyi Çin olub. Orada zibilxanaya 10 milyon tondan artıq köhnə texnika tullanıb. İkinci yerdə Amerika Birləşmiş Ştatları (ABŞ) dayanır - 7 milyon ton. Üçlüyü Hindistan tamamlayır - orada 3 milyon ton elektron tullanı zibilxanaya düşüb.

Ən çirkləndirici ölkələr Asiya ölkələri hesab olunur. Orada 25 milyon ton elektronika tullanıb. Cənubi və Şimali Amerikada bu rəqəm 13 milyon ton, Avropada 12 milyon ton, Afrika və Okeaniyada isə toplam 3,5 milyon ton təşkil edib.

Xəbər verilir ki, ötən il bu tullantıların yalnz 17,4 faizi emala məruz qoyulub. Qalan hissəsi ya yandırılıb, ya da zibilxanalarda yatıb qalıb. Bu texnikalarla birlikdə zibilxanaya qızıl, gümüş, platin və mis kimi qiymətli mellar tullanıb. Onların qiyməti 57 milyard dollar qiymətləndirilir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar