Reyn çayına düşən azərbaycanlı xilas edilib

Almaniyada ehtiyatsızlıqdan Reyn çayına düşən Azərbaycan vətəndaşı xilas olunub.

"Report"un Avropa bürosunun məlumatına görə, hadisə ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində qeydə alınıb.

Belə ki, 23 yaşlı Azərbayan vətəndaşı Nicat Əhmədov çayın sahilində qadağan olunmuş hissədə ayaqlarını yumaq istəyən zaman müvazinətini itirib və suya düşərək axına qapılıb.

Boğulmaq təhlükəsi ilə üzləşən gənci çayda kater sürən şəxs sudan çıxarıb.

Hadisə yerinə gələn polis əməkdaşları onun sərxoş olduğunu müəyyən ediblər. Azərbaycan vətəndaşı təhlükəsizlik qaydalarını pozduğuna görə 250 avro məbləğində cərimə edilib.

N.Əhmədov Bonn şəhərindəki qaçqın yataqxanasının sakini olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar