Çində sutkada daha 23 nəfər koronavirusa yoluxub
Baxiş sayı:
Dərc olunub:
07/07/2020 - 09:55
Son 24 saat ərzində Çində 23 yeni koronavirusa yoluxma faktı aşkar edilib, onlardan səkkizi aktiv xəstə və 15-i asimptomatik daşıyıcıdır.
Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi öz rəsmi saytında bildirib.
Bütün aktiv yoluxma və 14 asimptomatik halı xaricdən gətirilib.
Qeyd edək ki, bundan əvvəlki sutka ərzində 15 koronavirusa yoluxma faktı aşkar edilib: dörd aktiv və 11 asemptomatik fakt.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.