İsraildə son sutkada mindən çox insan koronavirusa yoluxub

İsraildə son sutkada koronavirusa daha 1 024 yoluxma faktı qeydə alınıb.

“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı isə 31 186 nəfərə çatıb. İsraildə son 24 saatda 6 nəfər COVID-19-dan ölüb və qurbanların sayı 338-ə yüksəlib.

Koronavirusa yoluxan 18 131 pasiyent sağalıb, 12 717 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar