Astarada toy mərasimi dayandırıdlı - Bəy polis şöbəsinə aparıldı

Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.

Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

635x100

Şərhlər

[email protected] 2020-07-07 10:42:05

Rezalet. Allah ağıl versin. Yeni o boyda kendde bir nefer cixib dete bilmediki ayıbdır bele etmek olmaz

Son yazılar