ATU-nun Tədris Cərrahiyyə Klinikasının 33 həkimi koronavirusa yoluxdu

Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub.

Bu barədə ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: "27-nin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur".

635x100

Şərhlər

əhliman 2020-07-07 16:11:21

Operativ Qərargahın operativ ağıllı və lazımi qərarlar verdiy hələki bəlli olmayıb.Çünki bu Qərargah lazım olan mütəxəsislərdən ibarət deyil.Düzgün formalaşmayıb.Ona görə onu qərarlarından millət əziyyət çəkir və xəstələr sayı artır.Bu sahəyə ciddi adamlar cəlb olunmalıdır.Baş nazirə nə kağız gətirirlər imzalayır.Onun sərbəst qərarqəbul rtmək imkanı bir çox səbəblərdən yoxdur və ya bacarmır....'k

Məcid Verdiyev 2020-07-07 11:09:44

Orada nə qədər həkim var ki,33-ü xəstələnib və hələ onlara öz həkimləri baxır.Bəs bu həkimlərin baxdıqları xəstələrə kim xidmət göstərir? Deməli atatistika yalan verilir.Ona görə də əhali inana bilmir.Yalan üzərində qurulan işin isəsəmərəli nəticəsi olmur. TƏBİB qapadılmalı,bütün səlahiyyətlər Səhiyyə Nazirliyinəverilməli və ciddinəzarət aparılmalıdır.Operativ Qərərgah da mütəxəssis və məsul şəxslərdən təşkil edilməlidr.Yoxsa mənası olmayacaq.

Son yazılar