ABŞ-da “TikTok” qadağan oluna bilər

ABŞ hökuməti ölkə ərazisində Çin istehsalı olan “TikTok” tətbiqinin istifadəsinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo söyləyib.

“Biz bunu çox ciddi yanaşırıq və şübhəsiz ki, bunu nəzərdən keçiririk”, - Pompeo aparıcının ABŞ-ın daha əvvəllər Hindistanda qadağan edilmiş Çin istehsalı olan sosial şəbəkələrin, o cümlədən də “TikTok” tətbiqinin işinə qadağa qoyulması məsələsinin nəzərdən keçirilməyə ehtiyac olub-olmadığı barədə sualına cavab verərkən deyib.

“İnsanların mobil telefonlarına quraşdırılmış Çin tətbiqlərinə gəlincə, sizi əmin edə bilərəm ki, ABŞ hər şeyi ən düzgün qaydada edəcək”, - Pompeo söyləyib.

Aparıcının telefona “TikTok” tətbiqini quraşdırmağı tövsiyə edib-etməməklə bağlı sualına isə Pompeo belə cavab verib: “Şəxsi məlumatlarınızın Çin Kommunist Partiyasının əlinə keçməsini istəyirsinizsə, istifadə edin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar